8 sentyabr 2013 22:49

İsrail yığmamızı rüsvayçı hesabla məğlub etdi (YENİLƏNİB)

Bu gün 21 yaşadək futbolçular arasında AÇ-2015-in seçmə mərhələsinin növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının yer aldığı 8-ci qrupda da bir görüş baş tutub.
 
Belə ki, milli komandamız səfərdə İsraillə üz-üzə gəlib. Netanyadakı “Netanya Municipal Stadium”da baş tutacaq oyunda yığmamız növbəti xal və xallarını qazanmağa çalışıb. Lakin İsrail yığması böyük hesabla qalib gələrək, komandamıza heç bir şans verməyib.
 
Qeyd edək ki, bu, yığmamızın seçmə mərhələdəki ikinci oyunu idi. Bundan öncə iyunun 8-də Azərbaycan yığması evdə Makedoniya ilə üz-üzə gəlmiş və qolsuz heç-heçəyə razılaşmışdı. İsrail isə bu tsikldə debüt matçına çıxıb.
 
Bu qrupda növbəti oyun sentyabrın 10-da isə Norveç Makedoniya ilə üz-üzə gələcək.
 
AÇ-2015-in seçmə mərhələsi
8-ci qrup
8 sentyabr
 
İsrail - Azərbaycan - 7:2 (2:1)
Qollar: Dabbur, 3 (1:0), Mixa, 4-pen (2:0), T.Erat, 25 (2:1), Dabbur, 51 (3:1), Mixa, 65 (4:1), Mizraxi, 72 (5:1), A.Abatsiyev, 77 (5:2), Mizraxi, 84 (6:2)
 
İSRAİL: 1. Barak Levi, 2. Eliazer Dasa (k), 3. Ben Şimon, 4. Edi Qotlib, 5. Ben Vahaba, 7. Ahed Azam, 8. Qizaço Kinda, 10. Amir Ağayev, 15. Dor Mixa, 11. Munas Dabbur, 16. Ofir Mizraki.
Ehtiyat oyunçular: 18. Ram Straus, 21. Tal Xila, 22. Obayda Xatab, 6. Ömer Txalişer, 14. Atzili, 20. Dia Seba. 9. Gil İtzhak.
AZƏRBAYCAN: 1. Andrey Popoviç, 3. Tərlan Quliyev (k), 4. Ürfan Abbasov, 5. Elvin Yunuszadə, 10. Abdulla Abatsiyev, 11. Toğrul Erat, 14. Amit Quluzadə, 16. Ruslan Tağızadə, 18. İlter Taşkın, 8. Elşən Abdullayev, 9. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 20. Kamil Hüseynov , 19. Mirhüseyn Seyidov, 6. Hacı Əhmədov, 13. Bayram  Budaqov, 15. Rəşad Eyubov, 23. Fatih Şanlı.
 
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
3. Dabbur erkən qolla komandamızı məyus edir -  1:0
4. Cərimə meydançamızda qayda pozuntusuna görə penalti təyin olunur
4. Yığmamız ilk qolun şokundan ayılmamış qapısında ikinci topu görür – 2:0
7. Vahaba sarı vərəqə alır
12. Futbolçularımız ardıcıl iki korner vuruşundan yaxşı yararlana bilmirlər
13. İsrailin də korner vuruşu uğursuz olur
15. Meydan sahibləri hücumlarını davam etdirirlər və üçüncü qolu vurmağa çalışırlar
20. Tribunlarda 500-ə yaxın azərbaycanlı azarkeşə rast gəlmək olar. Onların arasında əsas yığmamızın üzvləri də var
22. Ramazanov iki qol vəziyyəti yaratsa da, bunlardan yararlana bilmir
23. Yunuszadə də qol şansını əldən verir
25. QOOOL! Toğrul Erat yığmamızın buraxdığı qollardan birinin əvəzini çıxır - 2:1
26. Qoldan dərhal sonra Bernard Lippert A.Quluzadəni H.Əhmədovla əvəzləyir
28. Mizraxi qapıçımızla üz-üzə qalsa da, Popoviç komandamızı real qoldan xilas edir
30. Üstünlük yenə də meydan sahiblərindədi
35. T.Eratın uzaqdan zərbəsi qapıdan yan keçir
39. Dabburun növbəti qolu vurmasına yenə də Popoviç mane olur
41. İsrailin korner vuruşu zamanı futbolçularımız inamlı oynayırlar
42. Dabburun zərbəsi qapıdan yan keçir
44. A.Ağayevin zərbəsini Popoviç kornerə çıxarır
45. Meydan sahiblərinin korner vuruşunu yenə Ağayev zərbəylə tamamlayır. Amma bu dəfə o, qeyri-dəqiq oynayır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. Mixanın qol vurmasına Popoviç mane olur
51. Dabbur özünün ikinci, komandasının üçüncü qoluna imza atır - 3:1
54. Abatsiyevin zərbəsini rəqib qapıçı dəf edir
55. Ramazanovun da zərbəsini Levi dəf edə bilir
57. Qotlib Ramazanova qarşı kobudluğa görə sarı vərəqə alır
59. R.Tağızadə də vərəqə alır
59. İ.Taşkını M.Seyidov əvəzləyir
60. Yığmamız kornerdən yaxşı yararlana bilmir
63. Daşanı Txalişer əvəzləyir
64. Abatsiyevin zərbəsi qapıdan yan keçir
65. Azamın zərbəsini Popoviç dəf etsə də, Mixanın dördüncü qolu vurmasına mane ola bilmir - 4:1
67. M.Seyidovun zərbəsi dəqiq olmur
67. Abatsiyev daha bir qeyri-dəqiq zərbəylə yadda qalır
68. Dabburun het-trikə imza atmasına son anda Popoviç mane olur
70. Eratın zərbəsi qapıdan yan keçir
72. Mizraxi komandamızı beşinci dəfə meydanın mərkəzinə dəvət edir - 5:1
72. Ağayevi Atzili əvəzləyir
75. E.Abdullayev də sarı vərəqə alır
76. Dabburu Seba əvəzləyir
76. Yığmamız daha bir korneri boşa verir
77. Eratın ötürməsindən sonra A.Abatsiyev buraxılan qollardan birinin əvəzini çıxır - 5:2
78. Kinda sarı vərəqə alır
80. Azamın zərbəsi qapıdan yan keçir
82. Futbolçularımız daha bir korner vuruşundan yaxşı yararlana bilmirlər
84. Mizraxi də dubla imza atır - 6:2
88. R.Tağızadəni K.Hüseynov əvəzləyir
90+2. Seba oyunda son nöqtəni qoyur - 7:2
Matç başa çatdı
 
1 İsrail 1 1 0 0 7 2 +5 3
2 Portuqaliya 1 1 0 0 5 1 +4 3
3 Makedoniya 1 0 1 0 0 0 0 1
 4 Azərbaycan 2 0 1 1 2 7 –5 1
5 Norveç 1 0 0 1 1 5 –4 0

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.