7 sentyabr 2013 11:10
Bakının futbolçuları Latviya səfərindən əliboş qayıtdılar
Futbol üzrə Litva yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda səfərdə Latviyanın qonağı olub.
Qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Litvalıların heyətində Premyer Liqamızda çıxış edən iki futbolçu da bu oyunun iştirakçısı olub. Bunlar “Bakı”da top qovan Mindauqas Kalonasla Deyvidas Çesnauskidi. Kalonas 86 dəqiqə meydanda olub. Çesnauski isə 50-ci dəqiqədə oyuna qoşulub.
