7 sentyabr 2013 11:31

Vüqar Nadirov: İsrailə qol vurmağım pis olmazdı

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi
 
- İsraillə oyundan nə gözləyirsiz?
- Bizi çətin oyun gözləyir. Amma buna baxmayaraq, evə yaxşı nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik. Komanda yaxşı vəziyyətdədi. Oyun öncəsi heç bir problemimiz yoxdu.
 
- Əvvəlki dörd oyundan üçündə uduzduğumuz İsrail ilə bu dəfəki görüşümüzdə nəyə ümid edə bilərik?
- Biz öz gücümüzə güvənirik.
 
- Rəqib çox sürətli və aqressiv futbol sərgiləyir...
- Biz də bu göstəricilərə görə onlardan çox geri qalmırıq. Sürətli oyun və pressinq bizə də fayda verməlidi.

- Berti Foqts bu oyunla bağlı sizə nə deyib?
- O, bizim bu oyunda topa daha çox sahib olmağımızı istəyir. Əslində, o, çox şeylər danışıb. Amma onları mətbuata açıqlamaq istəmirəm. Şübhəsiz ki, oyun öncəsi baş məşqçi komandanı bir daha kökləməyə çalışacaq.

- Bütün komanda yoldaşlarınız İsraili məğlub etməyin mümkünlüyündən danışır. Təsadüfən öz aranızda sözləşməmisiz?
- (gülür) Xeyr, aramızda heç bir sözləşmə olmayıb. Biz sürpriz edə bilərik. Özü də bu sürpriz heç də gözlənilməz olmayacaq.
 
- Yığmanın əsas bombardirlərindən biri kimi sizdən nə gözləyək?
- Əlbəttə, burda qol vurmağım pis olmazdı. Allah eləsin ki, fərqlənim. Amma bütövlükdə kimin qol vurmasının ciddi fərqi yoxdu. Əsas komandanın yaxşı nəticə qazanmasıdı.
 
- Zədədən yenicə qayıtmısız. Özünüzü bu görüşə nə dərəcədə hazır sayırsız?
- Əgər baş məşqçi çağırıbsa, deməli, məni hazır hesab edir, güvənir. Şəxsən özüm də oyuna tam hazır olduğumu düşünürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.