7 sentyabr 2013 11:52
Qarabağın hücumçusu Fransa yığmasını büdrətdi
Futbol üzrə Gürcüstan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda doğma divarlar arasında Fransa ilə üz-üzə gəlib.
Qarşılaşmada hesab açılmayıb.
Gürcülərin heyətində Premyer Liqamızda çıxış edən bir futbolçu da bu oyunun iştirakçısı olub. Bu, “Qarabağ”da top qovan Nikolas Gelaşvilidi. Start heyətdə meydana çıxan ağdamlıların forvardı 79-cu dəqiqədə əvəzlənib.
İlk dəfə Gürcüstan yığmasına dəvət olunan “İnter”in forvardı Baçana Sxadadze isə ehtiyatda qalıb.
