8 sentyabr 2013 01:43
Vaqif Cavadov dubl etdi, İnter qalib gəldi (FOTOLAR)
Azərbaycan Çempionatında yaranmış fasilədən istifadə edən "İnter" yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, "Şəfa" stadionunda keçirilən oyunda bu komanda birinci divizion təmsilçisi "Şuşa" ilə qarşılaşıb.
Oyun 4:2 hesabıyla "İnter"in xeyrinə başa çatıb. “Bankirlər”in heyətində Azər Salahlı, Asif Məmmədov və Vaqif Cavadov (2) fərqləniblər.
