7 sentyabr 2013 12:13
Xəzər Lənkəranın futbolçusu “fərqləndi”, Makedoniya Uelsi yendi
Futbol üzrə Makedoniya yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda doğma divarlar arasında Uels ilə üz-üzə gəlib.
Qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Makedoniyalıların heyətində Premyer Liqamızda çıxış edən bir futbolçu da bu oyunun iştirakçısı olub. Bu, “Xəzər Lənkəran”da top qovan Nikola Qliqorovdu. Start heyətdə meydana çıxan cənubluların yarımmüdafiəçisi sona qədər mübarizə aparıb. O, 39-cu dəqiqədə sarı vərəqə almaqla “fərqlənib”.
