7 sentyabr 2013 12:34
UEFA Qarabağın rəqibini cəzalandırdı
Polşanın “Piast” klubu azarkeşlərinin “Qarabağ”la Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündəki yolverilməz davranışlarına görə cəzalanıb. Azerisport.az xəbər verir ki, UEFA İntizam Komitəsi Qlivitse komandasını 5 min avro cərimələyib.
Qurumun rəsmi açıqlamasında bildirilib ki, görüş zamanı yerli fanatlar rasist hərəkətlərə yol verərək, irqçi banner nümayiş etdiriblər. İntizam Komitəsi “Piast”ı cərimələməklə yanaşı, kluba məxsus stadionda “Ultras” fanat qrupunun yer aldığı hissəni də bağlayıb.
Xatırladaq ki, “Qarabağ”la oyun zamanı “Piast” azarkeşləri Dağlıq Qarabağdakı erməni icmasının saxta bayrağını qaldırmışdılar. Onlar həm də Ağdam komandasının qaradərili futbolçularını irqçi şüarlarla təhqir etmişdilər. Lakin “Qarabağ” rəsmilərinin UEFA nümayəndəsinə şikayətindən dərhal sonra separatçıların bayrağı qısa müddət ərzində tribunadan yığışdırılmışdı.
