7 sentyabr 2013 12:55
Neftçinin forvardı yığmada 65 dəqiqə oynadı
Futbol üzrə Özbəkistan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda səfərdə İordaniya ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Özbəklərin heyətində Premyer Liqamızda çıxış edən bir futbolçu da bu oyunun iştirakçısı olub. Bu, “Neftçi”də top qovan Bahodir Nasimovdu. Start heyətdə meydana çıxan “ağ-qaralar”ın forvardı 65-ci dəqiqədə əvəzlənib.
