8 sentyabr 2013 01:06

Millimizin İsraillə matçında bayraq qalmaqalı (FOTO)

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gecə keçirilmiş İsrail – Azərbaycan matçı qalmaqalla yadda qalıb. Azerisport.az xəbər verir ki, Ramat Qandakı qarşılaşma zamanı israilli fanatlar stadionda Dağlıq Qarabağdakı erməni icmasının saxta bayrağını qaldırıblar.
 
Qeyd edək ki, bu, son dövrlərdə azərbaycanlı futbolçuların üzləşdiyi ikinci belə təxribatdı. Belə ki, bir müddət öncə Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Qarabağ”ın Polşa “Piast”ı ilə səfər matçında polşalı fanatlar da oxşar təxribata əl atmışdılar. Lakin o zaman “Qarabağ” rəsmilərinin dərhal məsələyə müdaxiləsi həmin saxta bayrağın tribunadan yığışdırılması ilə nəticələnmişdi. Ağdam klubu həmçinin UEFA-ya da şikayət ünvanlamışdı və nəticədə bu günlərdə qitə futbol qurumu “Piast”a ağır cəza kəsdi. Belə ki, UEFA İntizam Komitəsi Qlivitse komandasını 5 min avro cərimələdi. İntizam Komitəsi cərimə ilə yanaşı, kluba məxsus stadionda “Ultras” fanat qrupunun yer aldığı hissəni də bağlayıb.
 
Güman ki, AFFA rəhbərliyi də bu məsələ ilə bağlı UEFA-ya rəsmi şəkildə şikayət edəcək və Ramat Qandakı stadion, eləcə də İsrail Futbol Federasiyası sözügedən təxribata görə cəzalanacaq.
 
Bu təxribatlara isə ən gözəl cavabı futbolçularımızın verdiyini demək olar. Belə ki, “Qarabağ” evdə 2:1 hesabıyla yendiyi “Piast”la səfərdə 2:2 hesablı heç-heçə etməklə mərhələ adlamışdı. Yığmamız isə Bakıda olduğu kimi, İsraillə səfərdə də 1:1 hesablı heç-heçəyə nail olaraq, bu komandanın DÇ-2014-ə yollanmaq arzularının üstündən xətt çəkdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.