7 sentyabr 2013 13:16
Kelhar Teli və Aqolini məyus etdi
Futbol üzrə Sloveniya və Albaniya yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komandalar bir-biri ilə üz-üzə gəliblər.
Sloveniyada keçirilən qarşılaşma 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Premyer Liqamızda çıxış edən bir neçə futbolçu da bu oyunun iştirakçısı olub. Belə ki, sloveniyalıların heyətində “Qəbələ”də top qovan Deyan Kelhar 90 dəqiqə meydanda olub.
Albaniyalıların heyətində isə “Qarabağ”ın müdafiəçiləri Admir Teli və Ansi Aqoli bütün oyunu meydanda keçiriblər. Aqoli sarı vərəqə almağa da imkan tapıb.
