8 sentyabr 2013 01:34

Berti Foqts: Nəticədən razı, oyundan narazıyam

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsində baş tutan İsraillə səfər oyununu dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan görüşdən sonra öncə bunları söyləyib:
 
“Mən şadam ki, komandam bu gün bir xal qazandı. Amma sərgilədiyimiz oyundan narazıyam. Komandamız sadəcə 20 dəqiqə öz oyununu göstərə bildi. Bu da belə oyunlar üçün çox azdı. Mən bilirəm ki, biz bundan da yaxşı futbol oynaya bilərik. Daha çox top saxlamalı idik”.
 
Foqts bu heç-heçədən sonra “Xəzər Lənkəran”ın Hayfa “Maccabi”sinə iki oyunun nəticəsinə görə 10 cavabsız qolla uduzmasını da yada salıb: “Birinci hissədə bizdə demək olar ki, çox şey alınmadı. Məhz buna görə daha çox narazı qaldım. Amma bu nəticənin pis olmadığını da qeyd etmək lazımdı. Hər halda vaxtilə Azərbaycan İsrailə böyük hesabla uduzurdu. İndi isə ardıcıl iki dəfə heç-heçə etmişik. “Xəzər Lənkəran”ın israillilərə hansı hesabla uduzduğunu da unutmayın”.
 
Almaniyalı mütəxəssis ilk hissədən sonra əvəzlədiyi Araz Abdullayevdən də danışıb: “Araz gənc futbolçudu. Bu üzdən də onun səhvini normal qəbul etmək lazımdı. Mən ona səhv etməyə icazə verirəm. Amma bunu təcrübəli futbolçular etməməlidilər. Araz isə bunu bir dəfə edə bilər. Hər halda Abdullayev artırır və bu, məni çox sevindirir”.
 
- İsrail yığmasında çalışmaq istəmirsiz?
- Mənim Azərbaycanla müqaviləm var. Digər komandalar barədə düşünə bilmərəm.
 
- Niyə müdafiəsində bu qədər boşluqlar olan rəqibi daha çox təzyiq altında saxlaya bilmədik? Yenə də fiziki hazırlıq sözünü dedi?
- Onların yorğun olduğunu nəzərə almaq lazım idi. Sadəcə, futbolçularımız bacarmadılar. Komandada qələbə istəyi daha çox olmalıdı. Həm də bu cür oyunlardan, nəticələrdən sonra azərbaycanlı futbolçuları tərifləmək lazım deyil. Onlar etməli olduqlarını həyata keçirirlər. Ümid edirəm ki, Şimali İrlandiya ilə oyunda daha yaxşı futbol sərgiləyib, qələbə qazanacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.