8 sentyabr 2013 02:01
Eli Qutman: Qapımıza 25 metrdən vurulmuş qola görə kimisə günahlandıra bilmərəm
Futbol üzrə İsrail yığmasının baş məşqçisi Eli Qutman DÇ-2014-ün seçmə mərhələsində baş tutan Azərbaycana qarşı oyunu dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Nəticəyə görə məyusam. Çünki komandam daha çox qol vura bilərdi. Amma futbolçularımız həmin epizodlarda uğursuz davrandılar. Hətta portuqaliyalılar da ötən gün Şimali İrlandiya ilə görüşdə futbolçularımızın bu gün yaratdığı qədər qol epizodu əldə etməmişdilər. Komandamız ləng çıxış etdi. Azərbaycan yığması isə xoşuma gəldi. Onlar layiqli oynadılar və yaxşı nəticəyə nail oldular. Bu xal itkisinə, eləcə də qapımıza 25 metrdən vurulan qola görə kimisə günahlandırmaq istəmirəm. Qrupdakı mübarizəyə gəlincə, Portuqaliya ilə Rusiya qrupdan çıxacaqlar. Biz isə iddiamızı davam etdirməyə çalışacağıq”.
