7 sentyabr 2013 13:58
Arif Əsədov: Millinin İsraillə ən azı heç-heçə edəcəyinə inanıram
"Neftçi" klubunun sabiq baş məşqçisi Arif Əsədov futbol üzrə milli komandamızın dünya çempionatının seçmə mərhələsində İsraillə oyunu haqda danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
"Komandamız üçün qələbə qazanmaq çətin olacaq. İsrail güclü komanda olsa belə çəkinmək lazım deyil. Rəqib futbolçuları sürətli oyun qura bilir. Texnikalı futbolu sevir. Amma yaxşı oynamaqla istəyimizə nail ola bilərik. Futbolda hər şey ola bilər. Millimizin layiqli oynayacağına və ən azı heç-heçə edəcəyinə inanıram".
