7 sentyabr 2013 14:19
Bakının əsas rəqiblərindən biri AÇ-2020-yə iddiasından əl çəkməyə hazırdı
Rusiyanın İdman naziri Vitali Mutko bəyan edib ki, Rusiyanın AÇ-2020-yə ev sahibliyi etmək şansları çox azdı. Azerisport.az xəbər verir ki, o, Rusiya mətbuatına müsahibəsində bunları söyləyib:
“Özünüz də başa düşürsüz ki, biz 2018-ci ildə dünya çempionatını qəbul etdiyimiz üçün, Avropa çempionatını təşkil etmək şanslarımız sıfıra bərabərdi. Hazırda Rusiya Futbol İttifaqındakı ən real sifariş Sankt-Peterburqdandı. Nəzəri olaraq Krasnodarın da iddiası var”.
Qeyd edək ki, AÇ-2020-nin oyunlarına ev sahibliyi etmək üçün Azərbaycanın paytaxtı Bakı da iddialıdı. Sözügedən qitə birinciliyinin görüşləri 13 şəhərdə keçiriləcək.