7 sentyabr 2013 14:30
İnter istefeası gözlənilən baş məşqçisi ilə... müqavilə yenilədi
Dünən “İnter” klubu baş məşqçi Kaxaber Sxadadze ilə yeni müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Belə ki, yeni müqaviləyə əsasən gürcüstanlı mütəxəssis komandaya 2014-15-ci il mövsümündə də rəhbərlik edəcək. Beləliklə, “İnter” Sxadadze ilə əvvəlki müqaviləni yeniləyərək, onunla əməkdaşlığın müddətini daha bir il artırıb. Yeni razılaşmaya görə, baş məşqçi minimum 2015-ci il iyun ayınadək postunda qalacaq.
Qeyd edək ki, Kaxaber Sxadadze “İnter” komandasına 2009-10-cu il mövsümündən rəhbərlik edir və ilk cəhdində də komandası Azərbaycan Çempionatında qızıl medallara nail olmağı bacarmışdı.
Cari mövsümdə isə onun rəhbərliyi altında komanda ən bərbad nəticələrinə imza atmaqdadı. Hər kəsin onun istefasını gözlədiyi bir vaxtda müqavilənin müddətinin artırılmasının hansı məqsədlə edildiyi isə böyük maraq doğurur.
