7 sentyabr 2013 14:51
Azarkeşlər də yığmamızın İsrail üzərində qələbəsinə inanırlar
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək İsrail - Azərbaycan matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi bəllidi.
Beləliklə, sorğuya qatılanların böyük əksəriyyəti millimizin çətin səfərdə qələbə qazanacağına inanır. Bu varianta 263 səs (41 faiz) verilib.
İsrail qalib gələcəyinə 242 səs (38 faiz) verilib. Yerdə qalan hissə isə qarşılaşmanın heç-heçə bitəcəyini düşünür.
