8 sentyabr 2013 19:21

Mirhüseyn Seyidov: Neftçi ilə yollarımı ayırmaq istəyirdim

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının kapitanı, “Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidovun azerisport.az saytına müsahibəsi
 
- Gənclərdən ibarət yığmamızın İsraillə oyunundan nə gözləyək?
- Rəqibimiz heç də sıradan komanda deyil. İsrail futbolu son illərdə yüksəlişdədi. Komandamızın üzvləri bu görüşün vacibliyini və çətinliyini başa düşürlər. Amma biz ən azı heç-heçəyə nail olmalıyıq. Mümkün olsa, qələbə qazanmaq istəyirik.
 
- İsrailin əsas yığması daha güclüdü, yoxsa gənclər millisi?
- Əsas komanda güclüdü. Mən artıq İsrail komandaları ilə qarşılaşmışam və onlara qarşı oynamağın necə çətin olduğunu bilirəm.
 
- Komandamızdakı son durum necədi?
- Uşaqlar bu oyuna yaxşı kökləniblər. İsrailə əsas yığmamızla birgə gəlməyimiz əlavə stimul oldu. Əsas millinin üzvləri, həmçinin məşqçiləri də oyunumuzu izləyəcəklər. Bu üzdən futbolçular özlərini göstərmək üçün daha səylə çalışacaqlar.

- Startda Makedoniya ilə evdə qolsuz heç-heçəyə razılaşan millimiz İsraildən səfərdə xal biləcək gücdədi?
- Niyə də yox? Uduzmağa hazırlaşmırıq. U-19-da çıxış edərkən İsrail üzərində qələbə qazanmışam. Yəqin ki, həmin komandanın üzvləri indi də U-21-də çıxış edirlər.

- “Neftçi”nin milli çempionatda “Bakı”ya 3 cavabsız qolla uduzmasına nə səbəb oldu?
- Zəif oynadıq və layiqli məğlubiyyətlə üzləşdik. Üç ildi ardıcıl çempion oluruq. Bu üzdən rəqiblərimiz bizimlə oyunlara çox aqressiv çıxırlar. Çempionat hələ yeni başlayıb. Cəmi bir oyun uduzmuşuq, liderlər qrupundakı mövqeyimizi qoruyuruq. Qarşıdakı turlarda bu məğlubiyyətin əvəzini çıxmaq imkanımız var.

- Siz bu mövsüm də meydana çox az çıxırsız. Niyə?
- “Neftçi”nin ötən mövsümdən sabit heyəti var. Təsadüfi hallarda dəyişiklik edilir. Mən çox istərdim ki, daha çox oynamaq şansı qazanım. Amma bu, baş məşqçinin qərarıdı və ona qarşı çıxa bilmərəm. Bu mövsüm iki dəfə oynamışam. “Bakı” ilə oyundan sonra dedilər ki, artıq gənc futbolçulara üstünlük veriləcək.
 
- Klubunuzu dəyişmək haqda düşünmürsüz?
- Mən komandadan getmək istəyirdim. Mövsümlərarası fasilədə klub prezidentindən xahiş etdim ki, məni “Sumqayıt”a icarəyə versin. Çünki orda daha çox oynamaq şansı qazanacaqdım. Amma Sadıq Sadıqov getməməyi məsləhət gördü.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.