8 sentyabr 2013 23:08
Bernard Lipperdən 2:7 hesablı məğlubiyyətə şərh
Futbol üzrə Azərbaycan U-21 yığmasının baş məşqçisi Bernard Lippert AÇ-2015-in seçmə mərhələsində baş tutan İsraillə səfər oyununu dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, 2:7 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Mən komandamdan meydanda demək olar ki, heç nə görmədim. Uşaqların oynamaq arzusu yox idi. Oyunun startında buraxdığımız iki qol isə mənim üçün əsl şok oldu. Heç nə edə bilmədik. Komandam məni məyus etdi”.
