8 sentyabr 2013 11:31
İsraillə heç-heçəyə görə 160 min dollar!
Futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsraillə səfər matçında əldə etdiyi 1:1 hesablı heç-heçə mükafatsız qalmayacaq. Azerisport.az xəbər verir ki, futbolçularımızın çoxlarının gözləmidiyi halda Ramat Qanda xal qazanması AFFA rəhbərliyinin də diqqətindən kənarda qalmayıb.
Belə ki, AFFA-nın komandamıza bu səfər xalına görə 160 000 dollar mükafat ayırdığı bildirilir. Amma bu məlumat rəsmən təsdiqlənməyib.
Qeyd edək ki, bu iddia ilə İsrail mətbuatı çıxış edib.
