9 sentyabr 2013 00:18
AFFA yığmamızın üzvlərini cəzalandıracaq
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvlərini cəza gözləyir. Azerisport.az xəbər verir ki, ötən gün AÇ-2015-in seçmə mərhələsi çərçivəsində İsrailə səfərdə 2:7 hesablı biabırçı məğlubiyyətlə üzləşən komandamızın oyunçuları AFFA tərəfindən cəzalanacaqlar.
Bunu azerisport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov bildirib. Belə ki, milli üzvləri İsrailə ezamiyyətə görə vəd olunan xərclikdən məhrum olublar.
