9 sentyabr 2013 00:39
İsrail yığmasının baş məşqçisi: Debütdə belə bir qələbə sadəcə arzulana bilər
Futbol üzrə İsrailin U-21 yığmasının baş məşqçisi Mixael Nees AÇ-2015-in seçmə mərhələsi çərçivəsində ötən gün Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 7:2 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
“Mən bu oyunda qol vuracağımızı gözləyirdim. Amma biz yeddi qol vurmağa nail olduq. Qələbəyə layiq idik. Üçüncü qoldan sonra oyunu tam olaraq əlimizə aldıq. Birinci hissədə isə hücuma atılmaqla risk edirdik. Çünki rəqib komanda əks-hücum şansları yaxalamağa başlamışdı. Yığmanın baş məşqçi postundakı debüt oyununda belə bir qələbə qazanmaq sadəcə arzulana bilər”.