8 sentyabr 2013 11:52

Rəşad Sadıqov: Yığmanın səfərdə hələ belə inamlı oyununu görməmişdim

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
 
- İsraillə səfər oyununu (1:1) necə şərh edərdiniz?
- Oyun maraqlı və gərgin keçdi. Xüsusilə də ikinci hissə. Sürətli oyun alındı. İkinci hissədə rəqiblə başa-baş mübarizə apara bildik. Əlbəttə, ilk qola qədər üstünlük bizim tərəfimizdə idi. Amma o qoldan sonra rəqib sanki ayıldı. Düzdü, daha çox hücumlar qurmaq, qol vəziyyətləri yaratmaq şansı qazandıq.
 
- Amma ikinci topu vurmaq əvəzinə öz qapınızda qol gördünüz...
- Bir səhvə yol verdik, dərhal da hesab bərabərləşdi. Amma buraxılan qoldan sonra ruhdan düşmədik. Bu, sevindirməyə bilməz. Hamı gördü ki, biz yenə hücumlar qururduq, qol vurmaq üçün şans axtarırdıq. Yığmamızın səfər görüşlərində hələ belə inamlı oyunun şahidi olmamışdım. Düzdü, yaxşı nəticələrimiz olub. Amma Ramat Qanda sərgildəyimiz kimi inamlı oyun görməmişdim.
 
- Həmişə belə olsaydı...
- Hə. Amma oyundan öncə də komandanın öz gücünə inanması lazımdı. Rəqibin bir neçə real qol vəziyyətləri oldu. Amma həmin epizodlarda Kamran Ağayev inamlı çıxış etdi. Fikrimcə, hər şey bizim üçün çox yaxşı alındı.
 
- Birinci hissədə komanda yoldaşlarınıza tez-tez qışqırırdınız. İkinci hissədə bu baxımdan bir qədər istirahət etməyə imkanınız oldu?
- (gülür) Uduzmağımızı istəmirdim. Başa düşürük ki, qrup mərhələsi bizim üçün çox uğursuz oldu. Amma bu nəticə komandamız üçün vacib idi. Ümid edirəm ki, bununla azarkeşlərin də komandaya olan inamını geri qaytarmış olduq. Qarşıda doğma divarlar arasında iki oyunumuz var. Qarşıdakı bir ay ərzində həmin oyunlara xüsusi hazırlaşmalıyıq. Tsikli yaxşı nəticə ilə başa vurmaq lazımdı.
 
- Bu seçmə mərhələdə komandamız qələbə qazanacaq?
- Geridə qalan səkkiz oyunun beşində uduzmamağımız pis nəticə deyil. Özü də bu heç-heçələrdən üçünə səfərdə nail olmuşuq. Amma tsikli qələbəsiz başa vurmaq istəmirik. Bu vəzifənin öhdəsindən qalan iki oyunda gəlməyə çalışacağıq.
 
- Yəqin ki, Ermənistanın səfərdə Çexiyaya qalib gəldiyini (2:1) bilirsiz. Bəs ondan xəbəriniz var ki, onların bu uğurlu nəticələri fonunda millimizin arabir əldə etdiyi heç-heçələr demək olar ki, sevinclə qarşılanmır və sosial şəbəkələrdə ciddi tənqid olunursuz?
- Biz də izləyirik. Təbii ki, biz də məyus oluruq. Futbolçular arasında da bunu tez-tez müzakirə edirik. Onlar bizi yalnız xaricdə futbol oynamağı öyrənmiş 2-3 oyunçunun sayəsində qabaqlayırlar. Bizdə isə o səviyyədə futbolçu olmadığına görə komanda oyununa üstünlük veririk. Amma əminəm ki, yaxın gələcəkdə bizim də elə futbolçularımız üzə çıxacaq. Ondan sonra nəticələrimiz də yaxşı olacaq. Düzünü deyim ki, onların Çexiyaya vurduğu qolları da görmüşəm. Sadəcə onu deyə bilərəm ki, futbolda bəxt amili də böyük şeydi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.