8 sentyabr 2013 12:34
Rahid Əmirquliyev: Vurduğum qolu Xəzər Lənkəran azarkeşlərinə həsr edirəm
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyev DÇ-2014-ün seçmə mərhələsində baş tutan İsraillə səfər oyununu dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Bizim üçün bu oyun yaxşı alındı. Komanda müdafiədə çox inamlı oynadı və layiqli şəkildə xal qazandı. Halbuki, üç xal da qazana bilərdik. Vurduğum qolu “Xəzər Lənkəran” azarkeşlərinə həsr edirəm”.
