9 sentyabr 2013 00:54
Elnur Allahverdiyev: Con Toşakın bu qərarından sonra mənə ancaq futbolu atmaq qalır
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyev “Xəzər Lənkəran”dan uzaqlaşdırılmasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, baş məşqçi Con Toşakın qərarını belə izah edib:
“Əgər Toşak məni komandadan qovmaq istəyirdisə, bunu bir ay əvvəl də edə bilərdi. Onda mən özümə rahatlıqla klub tapa bilərdim. Amma indi mən nə etməliyəm? Ancaq futbolu atmaq qalır. İstənilən halda “Xəzər Lənkəran”a qayıdacağam və klub rəhbərliyi ilə gələcək karyeramla bağlı danışıqlar aparacağam”.