8 sentyabr 2013 13:37
Yığmamız ruslara beş qol vurdu
Rusiyanın Novorossiysk şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, “Kuban” klubunun əvəzedici komandası ilə qarşılaşan Arif Əsədovun komandası 5:2 hesabı ilə qələbə qazanıb.
Millimizin heyətində Samir Məsimov və Ruslan Nəsirli dubl edib. 1 dəfə isə Namiq Ələskərov fərqlənib.
