9 sentyabr 2013 01:11
Bibras Natxo Azərbaycanla oyundan danışdı
Futbol üzrə İsrail yığmasının və Rusiyanın “Rubin” klubunun yarımmüdafiəçisi Bibras Natxo Dç-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri ev oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Uğursuz oyuna görə baş məşqçini heç nədə günahlandırmaq olmaz. Onun tapşırıqlarını biz oyunçular lazım olan səviyyədə həyata keçirə bilmədik. Elu Qutmanın yığması son illərdə gördüyüm ən güclü komandadı. Hələlik xarakterimiz uğur qazanmağa imkan vermir. Hücumlarda çox tələsirdik. Aydın məsələdi ki, Azərbaycan yığması ilə oyunlarda dörd xal itirən komandanın şansları yüksək ola bilməz. Mənim fikrimcə, bu seçmə mərhələ bizim üçün 95 faiz başa çatıb”.