8 sentyabr 2013 13:58

Rahid Əmirquliyev: İsraillə görüşdə hesab oyuna görə oldu

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyevin azerisport.az saytına müsahibəsi
 
- İsraillə oyunda xal alacağınıza dair verdiyiniz sözə əməl edə bildiniz. Oyun barədə nə deyə bilərsiz?
- (gülür) Deməli, boşuna ümidlənməmişdik. Amma çox gözəl başa düşürdük ki, heç də asan olmayacaq. Çünki güclü komandaya qarşı oynayırdıq. İnam və çəkdiyimiz zəhmət bəhrəsini verdi. Bütün Azərbaycan xalqını bu uğur münasibətilə təbrik edirəm.
 
- Amma ilk hissəni izləyərkən bu rəqibdən xal alacağınızı güman etmək olmazdı...
- Bəs siz nə gözləyirdiniz? Onlar öz meydanlarında oynayırdılar. Həm də İsrailin qarşısında DÇ-2014-ə vəsiqə qazanmaq hədəfi dururdu, biz isə sadəcə hər oyuna xal qazanmaq üçün çıxırıq. Hər halda fasilədə heyətdə və taktikada edilən dəyişikliklər bəhrəsini verdi.
 
- Berti Foqts sizə fasilədə nə dedi?
- İkinci hissədə necə oynamaq lazım olduğunu başa saldı. Gördüyünüz kimi, ondan sonra oyunumuz daha yaxşı getməyə başladı.
 
- Növbəti qol vurmaq şanslarınız olsa da, dəyərləndirə bilmədiniz. Buna nə mane oldu?
- Qol vəziyyətləri təkcə bizdə olmurdu. Onların da bir neçə yüz faizli qol epizodları oldu. Bu, futboldu. Topun qapıya getməsi arzudan asılı deyil. Hər halda hesabın oyuna görə olduğunu düşünürəm.
 
- Hesabı siz açdınız. Özü də möhtəşəm qolla...
- Şadam ki, vurduğum qol komandamıza nəticə qazandırdı. Topu qəbul etdikdən sonra zərbə vurmağa qərar verdim, qapıçı qaytara bilmədi.
 
- Bu qolu kiməsə həsr etmək istəmirsiz?
- İstəyirəm.
 
- Kimə?
- “Xəzər Lənkəran” azarkeşlərinə. Onlar buna layiqdilər.

- Səkkiz oyundan sonra beş heç-heçəmiz var. Hələ də qələbə qazana bilmədiyinizə görə təəssüflənmirsiz?
- Əlbəttə, bu, üzücü faktdı. Amma qələbə qazanmaq alınmırsa, nə etmək olar? Hər halda qarşıda iki ev oyunumuz var. Həmin oyunlarda bu istəyimizə çata bilərik. Səkkiz oyunda qələbə qazana bilməməyimiz qalan görüşlərdə də eyni aqibəti yaşayacağımız anlamına gəlmir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.