8 sentyabr 2013 14:09
Rəvan Birinci Divizion klubu ilə sülh bağladı
Topaz Premyer Liqasında 6-cı turun "Qarabağ”la oyununa hazırlaşan "Rəvan” yığma komandaların görüşləri ilə əlaqədar yaranmış fasilədən istifadə edərək dünən yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, “aslanlar”ın rəqibi Birinci Divizion təmsilçisi "Şahdağ” olub.
Görüş 2:2 hesabı ilə başa çatıb.
Baş məşqçi Vladislav Qədirov bu oyunda yüngül zədəsi olan Elvin Həsənəliyev, Aqil Nəbiyev, Rəşad Abdullayev və Əziz Quliyevin, o cümlədən hələ ki fərdi məşqlərlə kifayətlənən Xuan Manuel Vareanın xidmətindən yararlana bilməyib.
