9 sentyabr 2013 19:19

Rüfət Dadaşov: Millimiz bu seçmə mərhələni qələbəsiz başa vura bilməz

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun azerisport.az saytına müsahibəsi
 
- İsraillə oyunda hücumçularımızın işi çox az oldu. Bu, nə ilə bağlıydı?
- Ola bilər ki, hücumdakı işimiz az oldu. Amma biz eyni zamanda orta sahəyə, müdafiəyə də kömək etməyə çalışırdıq. Bu isə heç də asan deyildi. Hesab edirəm ki, bu cür rəqiblə səfərdə çox yaxşı oynadıq. İsraillə mübarizə aparmaq çox çətindi. Məncə, biz bu vəzifənin öhdəsindən gələ bildik.

- Nəticədən razı görünürsüz...
- Qələbə qazanmaq lazım idi. Amma bir xal da yaxşı nəticədi.
 
- Bəs qələbə qazanmağınıza nə mane oldu?
- Bir qədər bəxt və həlledici zərbələrimizin dəqiq olmaması.
 
- Birinci hissədə ümumiyyətlə qapıya zərbə vura bilmədiniz. Bu, yəqin ki, həyacandan irəli gəlirdi...
- Sadəcə, rəqib çox güclü pressinq tətbiq edirdi və şübhəsiz ki, bizdən daha yaxşı oynayırdılar. Biz fasiləyə qədər sadəcə ora-bura qaçmaqla məşğul idik.

- İkinci hissədə qərara gəldiniz ki, ora-bura qaçmağa son qoyasız?
- Fasilədə bizə yeni tapşırıqlar verildi. Gördüyünüz kimi, bu, fayda verdi. İkinci hissədə rəqibdən daha yaxşı oynadıq. İlk qolu da biz vurduq. Lakin təəssüf ki, bu, qələbə üçün yetərli olmadı.
 
- Oyunun sonlarında rəqib demək olar ki, ruhdan düşmüşdü. Həmin dəqiqələrdə daha böyük qüvvəylə hücuma keçmək olmazdı?
- Heç-heçə ilə risk etmək istəmirdik. Amma böyük qüvvəylə hücum etmədiyimiz halda da ikinci qolu vurmaq üçün şanslarımız var idi. Etiraf etməliyəm ki, matçın sonlarında təkcə rəqib oyunçuların yox, bizim gücümüz də tükənmişdi.
 
- Şimali İrlandiya ilə oyundan nə gözləyək?
- Artıq Şimali İrlandiyanı öz meydanımızda məğlub etməliyik. Seçmə mərhələni qələbəsiz başa vura bilmərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.