9 sentyabr 2013 19:34
Qəbələnin əsas komandasının düşərgəsində 2 yeni futbolçu (FOTO)
Premyer Liqanın 6-cı turu çərçivəsində paytaxtda baş tutacaq AZAL - "Qəbələ" oyununun hazırlıqlarını davam etdirən “Qəbələ”nin düşərgəsinə iki yeni futbolçu qatılıb. Azerisport.az xəbər verir ki, bunlar "Qəbələ"nin əvəzedicilər heyətində top qovan Müşfiq Teymurov və Murad Musayevdi.
Ampluaca müdafiəçi olan futbolçulardan Müşfiq 1993-cü il, Murad isə 1994-cü il təvəllüdlüdü.
Xatırladaq ki, hər iki futbolçu "Qəbələ" Futbol Akademiyasının yetirməsidi.
