10 sentyabr 2013 00:01
Cavid İmamverdiyev: Mən də öz növbəmdə mütəmadi olaraq milliyə dəvət almağa çalışacam
“Neftçi”nin futbolçusu Cavid İmamverdiyev milli komandanın İsrail yığması ilə oyununa münasibət bildirib. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi klub saytına açıqlamasında bunları söyləyib:
“Millimizin İsrail yığması ilə oyunu çətin, bir o qədər də maraqlı alındı. Belə rəqibə səfərdə qol vurmaq və yekunda heç-heçə etmək məncə, yaxşı nəticədi. Hiss olunur ki, milli komanda gündən-günə daha yaxşı təsir bağışlayır. Komanda yoldaşlarım Mahir Şükürov və Araz Abdulayevin də bu nəticənin qazanılmasında böyük payı var. Yığma komandada oynamaq hər bir futbolçu üçün şərəfdi. Mən də öz növbəmdə çalışacam ki, “Neftçi”nin heyətində möhkəmlənib mütəmadi olaraq milli komandanın heyətinə dəvət olunum”.
