10 sentyabr 2013 00:06

Con Toşak: Sanki Xəzər Lənkəranı ovsunlayıblar

Premyer Liqanın 6-cı turu çərçivəsində sentyabrın 14-də “Fırtınalar meydanı”nda “Bakı”nı qəbul edəcək “Xəzər Lənkəran” doğma şəhərə qayıdıb. Azerisport.az xəbər verir ki, komanda ötən gün saat 18:00-da stadionun yardımçı meydançasında məşqə çıxıb.
 
İsinmə hərəkətlərini Emin Quliyevin rəhbərliyində edən futbolçular daha sonra baş məşqçi Con Toşakın rəhbərliyi altında ikitərəfli oyun keçirib. İkitərəfli oyunda Toşak müdafiəçilərin daim arxada qalmasını və hücumlara qoşulmamasını istəyib. Fiiki hazırlıq üzrə yeni məşqçi Covanni Melkiore kənarda duraraq bütün bunları seyr edib. 
 
İkitərəfli oyun zamanı qəribə bir hadisə yaşanıb. Belə ki, 40 dəqiqə ərzində qapılara qol getməyib. Bəzən hətta boş qapılara göndərilən toplar da qapı dirəklərinə tuş gəlib və ya ağlasığmaz trayektoriya ilə qapıdan aralı keçib. Bunu görüncə təəssüflə dolu heyrətini gizlədə bilməyərək başını tutub kənara çəkilən Con Toşak üzünü köməkçisi Covanni Melkioreyə tərəf çevirərək belə deyib: “Bax mən bunu deyirdim. Sanki komandanı ovsunlayıblar. Bizim yeganə problemimiz qol vura bilməməyimizdi”.
 
İki tərəfli oyun bitdikdən sonra futbolçular Melkiorenin sərəncamına keçiblər. Fiziki hazırlıq üzrə mütəxəssis 3 günlük istirahətin ardından ağır məşqdə yorulan komanda üzvləri ilə xüsusi fiziki hərəkətləri tətbiq edərək bərpa məşqini keçib. (12-ci oyunçu)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.