10 sentyabr 2013 00:23
Yunis Hüseynov: İsrail zəif oynadı
Veteran futbolçu Yunis Hüseynov futbol üzrə milli komandamızın dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsraillə 1:1 hesablı heç-heçə etməsini şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Komandamız yaxşı oynadı. Layiqli mübarizəylə 1 xal qazandılar. Düzdü, İsrail heç özünə bənzəmədi. İsrailin belə zəif oyunu yadıma gəlmir. Hiss olunur ki, rəqib komandada problem var. İstənilən halda qazanılan 1 xala görə millini yalnız təbrik etmək olar. Əsas nəticə idi. Səfərdə 1:1 oynamaq pis nəticə hesab oluna bilmız”.