9 sentyabr 2013 11:10
Elnur Allahverdiyev: Mənim gedişimdən XL və Azərbaycan futbolu itirəcək
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyevin azerisport.az saytına müsahibəsi
- Yəqin ki, yığmanın İsraillə oyunu öncəsi Con Toşakın sizi “Xəzər Lənkəran”dan uzaqlaşdırdığını eşitmək heç də xoş olmadı. Bu, sizə necə təsir etdi?
- Bu, kimə xoş ola bilərdi ki? Hələ nə olacağını dəqiq deyə bilmərəm. Kluba qayıdandan sonra hər şeyə aydınlıq gətirəcəm.

- Sizcə, komandadan kənarlaşdırmağınızın səbəbi nədi?
- İntizamsızlıq.
- İntizamsızlıq.
- Nə vaxt və harda intizamsızlıq etmisiz ki?
- Harda intizamı pozduğumu bilmirəm. Amma hamı mənim necə adam olduğumu yaxşı bilir.

- Əgər Con Toşak dediyindən dönməsə və komandadan getməli olsaz, necə olacaq?
- Nə edə bilərəm ki? Yəqin futboldan gedərəm. Qoy klub rəhbərliyi həll etsin. Fikrimcə, klub rəhbərliyi məni heç yerə buraxmaq istəməz. Baxaq, görək necə olacaq.

- Bəs özünüz qalmaq istəyirsiz?
- Əlbəttə, istəyirəm. “Xəzər Lənkəran” mənim üçün doğma klubdu. Əgər Lənkəranda qalmasam, özümə yeni klub tapa bilməyəcəm. Belədə güman ki, karyeramı başa vuracağam. Mənim futboldan gedişimdən isə “Xəzər Lənkəran” və Azərbaycan futbolu itirəcək. Məni məhz indi komandadan uzaqlaşdırmaları daha üzücüdü. Əgər bu, bir ay əvvəl olsaydı, belə inciməzdim. Transfer vərəqəmi alıb, özümə yeni klub tapardım. Amma indi nə edəcəyəm, bilmirəm.

- İsraillə oyun barədə nə deyə bilərsiz?
- Bu oyunla bağlı ancaq xoş təəssüratlar var. Birinci hissə bizdə alınmadı. Amma ikinci yarıda hər şey yoluna düşdü. Qələbə də qazana bilərdik. Bütövlükdə, komandamız yaxşı futbol sərgilədi. Xüsusilə son 20 dəqiqə çox uğurlu alındı.

- Berti Foqts sizin durumunuzla bağlı nə dedi?
- Hələ ki, heç nə. Çünki mən hələ də rəsmən “Xəzər Lənkəran”ın oyunçusuyam. Ümid edirəm ki, komandada qalacağam.