9 sentyabr 2013 11:52
Millimiz Bakıya Berti Foqtssuz qayıdır
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts komandamızla birgə Bakıya qayıtmayacaq. Azerisport.az xəbər verir ki, o və bir neçə köməkçisi ötən axşam birbaşa İsraildən Almaniyaya yollanıblar.
Qeyd edək ki, əsas millimiz sentyabrın 7-də, gənclərdən ibarət yığmamız isə ötən gün İsraillə üz-üzə gəldi. Əsas millimiz 1:1 hesablı heç-heçəyə nail olduğu halda, gənclərimiz biabırçı hesabla uduzdular – 2:7.
Hər iki yığmamız bu gün axşam saatlarında Bakıya qayıdacaq.
