10 sentyabr 2013 00:48

Olaf Yansen: Azərbaycanda Dinamoda çıxış edə biləcək futbolçular var

Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi, bu yaxınlarda Almaniyanın “Dinamo” (Drezden) klubunun baş məşqçisi təyin olunan Olaf Yansenin azerisport.az saytına müsahibəsi
 
- Azərbaycan yığmasını “Dinamo”ya dəyişmək sizin üçün nə dərəcədə çətin alındı?
- Mən baş məşqçi işləməyi həmişə istəyirdim. Amma bu barədə təklif alanda, dərhal razılıq verə bilmədim. Çünki AFFA ilə müqaviləm var idi. Buna görə də yığmanın baş məşqçisi Berti Foqtsa və AFFA-nın baş katibi Elxan Məmmədova müraciət etdim.
 
- Onlar bunu necə qarşıladılar?
- Mənim getməyimə razı oldular. Buna görə onlara çox minnətdaram. Azərbaycan yığmasında fəaliyyətim mənə çox şey öyrətdi.
 
- “Dinamo”da azərbaycanlı futbolçulardan kimisə görmək istərdiniz?
- Mənə elə gəlir ki, Azərbaycanda “Dinamo”nun bir hissəsi ola biləcək oyunçular var. Amma bunun üçün onlar öz üzərində daha çox çalışmalıdılar.
 
- Ad çəkə bilərsiz?
- Xeyr. Klubları qorxutmaq istəmirəm(gülür).
 
- Azərbaycan yığmasının bundan sonrakı oyunlarını izləyəcəksiz?
- Əlbəttə. Ümumiyyətlə, Azərbaycan futbolunu həmişə izləməyə çalışacağam. Çünki bu ölkənin futbolu mənim üçün yad deyil. Bəlkə də mən indi Azərbaycan yığması barədə sizdən daha çox bilirəm (gülür).

- Yığmamızda çalışarkən hansı çətinliklərlə üzləşdiniz?
- Biz daha çox onların mentalitetini dəyişməyə çalışırdıq. Azərbaycanlı futbolçular bu qədər məşq etməyə alışqdan deyildilər.
 
- Buna nail ola bildiniz?
- Bütövlükdə götürsək, hə. Amma bu sahədə klublardan da çox şey asılıdı.
 
- Sizcə, Berti Foqtsu yenə saxlamağa dəyər, yoxsa bu, onun maksimumudu?
- Onu saxlayıb-saxlamamaq barədə qərarı AFFA və Berti özü verə bilər. Mən əminəm ki, o, öz bildiklərini oyunçulara maksimum aşılamağa çalışacaq.
 
- Hansısa Azərbaycan klubuna baş məşqçi kimi qayıda bilərsiz?
- Xeyr. Mən indi “Dinamo”dayam. Baxmayaraq ki, Azərbaycan futbolu üçün bir az darıxıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.