9 sentyabr 2013 12:34
İnterin futbolçuları azarkeşlər ilə görüşdülər (VİDEO)
“İnter”in futbolçuları “Şəfa” stadionun ərazisində yerləşən “İnter” kafesində azarkeşlərlə görüş keçiriblər. Azerisport.az xəbər verir ki, görüşdə Vaqif Cavadov, Ruslan Əmircanov, Asif Məmmədo, Aleksandr İaşvili, Georgi Lomaya, Slavço Georgiyevski və Brüs Abdulay iştirak ediblər.
Azarkeşlərlə söhbətdə futbolçular göstərilən dəstəyə görə təşəkkür ediblər və növbəti matçlarda uğursuzluq seriyasına son qoyacaqlarına söz veriblər.
"İnter" Azarkeş Klubunun rəhbəri Ruslan Muradov bildirib ki, azarkeşlər komandaya inanırlar və “İnter”i bundan sonra da dəstəkləyəcəklər.
