9 sentyabr 2013 13:16

Xəzər Lənkərandan yığmada 5-ci qol

DÇ-2014-ün seçmə mərhələsində keçirilən İsrail – Azərbaycan oyununda milli komandamızın yeganə qolunu “Xəzər Lənkəran”ın futbolçusu Rahid Əmirquliyev vurdu. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi yığmada keçirdiyi 31-ci matçında ilk qoluna imza atdı. Bunlardan 15-i dünya və Avropa çempionatlarının seçmə oyunlarıdı.
 
Ramat-Qanda baş tutan qarşılaşmayadək “Xəzər Lənkəran”ın futbolçuları ölkəmizin əsas milli komandasında 4 qol vurmuşdu. Əmirquliyev yığmamız üçün qol vuran 5-ci cənublu oyunçu oldu.
 
Maraqlıdı ki, bu qollardan 2-si cari seçmə mərhələyə təsadüf edib. Belə ki, DÇ-2014-ün seçmə mərhələ oyunlarında yığmanın vurduğu 4 qola hamıdan çox – 2 topla “Xəzər Lənkəran” töhvə verib. İsraillə ötən il sentyabrın 7-də Bakıda keçirilən və indiki kimi 1:1 hesabı ilə başa çatan qarşılaşmada qolu Ruslan Abışov vurmuşdu. 365 gün əvvəl o da “ağ-yaşıllar”ın üzvü idi.
 
Millidə “Xəzər Lənkəran” təmsilçisinin ilk qolu 2005-ci ildə qeydə alınıb. Mayın 29-da Tehranda İran yığması ilə yoldaşlıq oyununda Alim Qurbanov millinin qolunu vurub. Lakin bu qol komandamıza məğlub olmamaq üçün kifayət etməyib – 1:2.
 
2007-ci il iyunun 6-da “Xəzər Lənkəran”lı futbolçular seçmə mərhələlərdə ilk qolunu vurub. Almatıda Qazaxıstanla 1:1 hesablı heç-heçə edən yığmamız Vüqar Nadirovun qolu ilə xal qazanmışdı.
 
2012-ci il isə bu klubun yığmadakı təmsilçiləri üçün daha məhsuldar keçib. Ruslandan başqa Branimir Subaşiç də rəqib qapısına yol tapıb. Milliləşən serbiyalı avqustun 15-də Bəhreynlə Bakıdakı yoxlama oyununda fərqlənməklə 3:0 hesablı qələbəyə töhvə verib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.