9 sentyabr 2013 13:37
Ruslan Abışov: Şimali İrlandiyanı qabaqlamaq imkanımız olacaq
Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın “Rubin” klubunun müdafiəçisi Ruslan Abışovun azerisport.az saytına müsahibəsi
- İsraillə səfər oyunu barədə nə deyə bilərsiz?
- Çox istiydi. Amma bizim bu görüşdə üzləşdiyimiz əsas çətinliyimiz bununla bağlı deyildi. Rəqibimiz çox güclü idi. İlk dəqiqələrdən bizə qol vurmağa çalışırdılar. Amma biz dözə bildik.

- Qələbə üçün nə çatışmadı?
- Əgər daha ağıllı oynasaydıq, soyuqqanlı davransaydıq, qələbə qazana bilərdik. İkinci hissədəki bəzi epizodlarda daha diqqətli oynamalıydıq. İkinci qolu da vurmağa borclu idik. Amma heç-heçə də bizim üçün pis nəticə deyil. Özü də belə bir rəqiblə səfər oyununda.

- Bu oyunu milli üçün son illərin səfərdəki ən yaxşı matçı adlandırmaq olar?
- Rəqibin səviyyəsini nəzərə alsaq, İsraillə heç-heçəni çox yaxşı nəticə hesab etmək olar. Amma mən çox yaxşı oynadığımızı düşünmürəm.

- Əgər qələbə qazana bilsəydik, Şimali İrlandiyanı qabaqlayacaqdıq...
- Hə, çox yaxşı olardı. Amma bizim onları keçmək üçün hələ şansımız qalır.
- Oyundan sonra “Rubin”dəki komanda yoldaşınız Bibras Natxo sizə heç nə demədi?
- (gülür) Oyundan öncə biz bu matçla bağlı çox danışmışdıq. Amma oyundan sonra heç nə demədi. Fikrimcə, hər şey mənim üçün yaxşı başa çatdı.