9 sentyabr 2013 13:58
Ağasəlim Mircavadov: Millimiz İsrailə qalib gələ bilərdi
Əməkdar məşqçi Ağasəlim Mircavadov futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutmuş İsraillə səfər oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
“Yığmamız yaxşı oynadı. Biz qələbə də qazana bilərdik. Amma sonda bir xalla kifayətlənməli olduq. Futbolçularımız daha istəkli oynayırdılar. Qol buraxmamağa çalışırdlılar. İsrail Azərbaycan üçün ciddi problem yarada bilmirdi. Onlar heç pressinq də tətbiq etmirdilər. Qolu isə heç nədən yaratdığımız boşluq səbəbindən vurdular. Əks halda yığmamız qələbə qazanacaqdı. İstənilən halda belə rəqiblə səfərdə heç-heçə yaxşı nəticədi. Əsas odu ki, bu uğurun davamı gəlsin”.