9 sentyabr 2013 14:31
Ruslan Abışovu Vladivastoka səfər gözləyir
Bu gün futbol üzrə Rusiya Kubokunun 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, püşkatma zamanı Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun komandası – “Rubin”in də rəqibi müəyyənləşib.
Belə ki, Kazan təmsilçisi 1/8 finala çıxmaq üçün “Luç-Energiya” ilə mübarizə aparacaq.
Qeyd edək ki, bu görüş Vladivastokda keçiriləcək. Oyun oktyabrın 30-da baş tutacaq.
