9 sentyabr 2013 14:52
Millimizin forvardı 71 dəqiqə oynadı, komandası sülh bağladı
Futbol üzrə milli komandaların oyunlarına görə çempionatda yaranmış fasilədən yararlanan Türkiyənin “Orduspor” klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Branimir Subaşiçin komandası “Samsunspor”la qarşılaşıb.
İlk yarıda 2:0-lıq üstünlük əldə edən “Orduspor” meydandan heç-heçə ilə ayrılıb.
Subaşiç meydana start heyətində çıxıb. O, 71-ci dəqiqədə əvəzlənib.
