9 sentyabr 2013 15:10

“Azərbaycanla heç-heçəni unutmaq çətin olacaq”

Futbol üzrə İsrail yığmasının müdafiəçisi Qal Alberman DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycanla oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, Ramat Qandakı 1:1 hesablı heç-heçə ilə bağlı öncə bunları söyləyib:

“Azarkeşlərimizin keçirdiyi hissləri biz də başa düşürük, hiss edirik. Azərbaycanla oyundakı bu uğursuzluğu unutmaq çox çətin olacaq. Baxmayaraq ki, qarşıda bizi Rusiya ilə oyun gözləyir. Aydın məsələdi ki, növbəti rəqibimiz daha çətin və güclüdü. İşimiz asan olmayacaq”.
 
Alberman istənilən halda bu oyunu unutmağın vacibliyini önə çəkib: “Rusiya ilə oyunda uğur qazanmaq istəyiriksə, Ramat Qandakı görüşü mütləq kənara qoymağımız lazımdı. İrəli baxmaq lazımdı. Başqa yolumuz yoxdu”.
 
Qeyd edək ki, İsrailin bundan əvvəlki ev oyunları da bir o qədər uğurlu alınmayıb. Bu komanda son dörd ev oyunundan yalnız birində qalib gələ bilib: “Bizim ev oyunlarımız rəqibdən daha çox özümüz üçün çətin alınır. Amma ümid edirəm ki, bundan sonrakı oyunlarda istədiyimiz nəticələrə nail ola biləcəyik. Bunun üçün bizdən asılı olan hər şeyi edəcəyik”.
 
Alberman həmçinin bildirib ki, Azərbaycanla oyundakı uğursuzluğa görə nəticə çıxarmağa tələsmək olmaz: “1:1 hesablı heç-heçə hələ heç nə demək deyil. Komandamızın əl oyunçuları var. Sadəcə, həmin gecə komanda istədiyi oyunu sərgiləyə bilmədi. Odu ki, nəticə çıxarmaqda tələsmək olmaz. Qarşıda digər oyunlarımız da var”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.