9 sentyabr 2013 16:34
Millimizin Xorvaiya və Avstiya ilə oyunlarının vaxtı müəyyənləşdi
Sentyabrın 9-dan 19-na qədər Avstriyanın Vyana şəhərində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, toplanışdan sonra - sentyabrın 21-dən etibarən yığmamız Avstriyanın Lindabrunn şəhərində Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına çıxacaq.
Qarşılaşmaların təqvimini diqqətinizə çatdırırıq:
21 sentyabr, saat 14:00
Xorvatiya - Azərbaycan
23 sentyabr, saat 19:00
Avstriya - Azərbaycan
26 sentyabr, saat 19:00
İsrail - Azərbaycan
