9 sentyabr 2013 17:25
Şahin Diniyev: İsraildə heç-heçəni sensasiya saymıram
Futbol üzrə millimizin sabiq baş məşqçisi Şahin Diniyev yığmanın səfərdə İsraillə 1:1 oynamasını oyuna uyğun nəticə hesab edir. Bu barədə Diniyev azerisport.az saytına açıqlamasında söyləyib:
"Əsas millini təbrik etmək olar. Səfərdə İsraillə heç-heçə etmək yaxşı nəticədi. Amma bu hesab sensasiya sayılmalı deyil. İsrail çox zəif oynadı və millimiz bundan yararlanaraq rəqibi cəzalandırdı. İsrailin elə oyunu 3 deyil, elə 1 xala layiq idi. O ki qaldı gənclər yığmasına, orda problem ciddidi. Yəqin məşqçilər korpusu bu barədə düşünəcək və oyunu analiz edəcək. Amma gənclər 2:7 hesabıyla uduzursa, əsas komandanın 2016-cı ildə Avropa çempionatında iştirak edəcəyi real deyil, sadəcə arzudu”.
