10 sentyabr 2013 18:49
Höcət Hacıyev: Yağış kəsməsə, Bakı ilə əsas arenada oynamağımız mümkünsüz olacaq
“Xəzər Lənkəran”ın direktoru Höcət Hacıyev hazırda Lənkəranda yağan yağışın şəhər stadionunun qazonuna təsirindən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Qazon suyun altında qalıb. Yağışın kəsməsini gözləyirik ki, meydançanı qaydasına salaq. Sentyabrın 14-də yağış kəsilməlidi. Bu üzdən “Bakı” ilə oyunun həmin gün keçirilməsində problem olmamalıdı. Əgər yağış kəsməsə, oynamaq mümkünsüz olacaq. Belə olan halda “Bakı”nı Olimpiya Kompleksinin stadionunda qəbul etməli olacağıq”.