10 sentyabr 2013 11:10
“Bu, AFFA-ya ildə 400 000 manata yaxın qənaət etmək imkanı yaradacaq”
AFFA-nın baş katibi Elxan Məmmədov futbol üzrə Azərbaycanın əsas və 21 yaşlılardan ibarət yığmalarının İsrailə eyni çarter reysi ilə gedib-gəlməsindən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Təbii ki, belə səfərlər xüsusilə futbolçuların sayının çox olması baxımından çətindi. Amma bu, AFFA-nı irəli salır. Çünki ikinci reysə ehtiyac qalmır. Növbəti mövsümdən başlayaraq, UEFA əsas və gənclərdən ibarət yığmalar üçün eyni turnir təşkil edəcək. Səsvermə zamanı AFFA da məhz köhnə varianta səs vermişdik. Bu, AFFA-ya ildə 400 000 manata yaxın qənaət etmək imkanı yaradacaq. Həm də gənclərin əsas yığma ilə birgə olması onların yalnız xeyrinə olacaq. Bu, böyük stimuldu”.