10 sentyabr 2013 11:31
Birinci Divizionda daha bir klub peyda oldu!
Futbol üzrə Azərbaycan Birinci Divizionunun yeni mövsümünün iştirakçıları sırasına daha bir klub əlavə olunub. Azerisport.az xəbər verir ki, bu, “Mil-Muğan” komandasıdı.
Qeyd edək ki, bu, keçmiş “Muğan” komandasının davamçısıdı. Sadəcə, həmin rəhbərlik klubun adında kiçik dəyişiklik edərək onu yenidən bərpa edib.
Maraq üçün bildirək ki, bir neçə gün öncə baş tutan püşkatma zamanı turnirdə 15 klubun iştirakı məlum idi. “İçərişəhər”in çempionata buraxılmaması nəticəsində “Şəmkir” ilk turda istirahət etməliydi. Amma “Mil-Muğan”ın bərpası nəticəsində ilk turda məhz bu iki komanda qarşılaşacaq.
