11 sentyabr 2013 00:18
Qarabağın forvardı Finlandiya ilə oyunun iştirakçısı oldu
Futbol üzrə Gürcüstan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda doğma divarlar arasında Finlandiya ilə üz-üzə gəlib.
Qarşılaşmanın taleyini bir qol həll edib. Onu da qonaqlar vurublar.
Gürcülərin heyətində Premyer Liqamızda çıxış edən bir futbolçu da bu oyunun iştirakçısı olub. Bu, “Qarabağ”da top qovan Nikolas Gelaşvilidi. Start heyətdə meydana çıxan ağdamlıların forvardı 57-ci dəqiqədə əvəzlənib.
İlk dəfə Gürcüstan yığmasına dəvət olunan “İnter”in forvardı Baçana Sxadadze isə Fransa ilə görüşdə olduğu kimi, bu dəfə də ehtiyatda qalıb.
