10 sentyabr 2013 12:25

Elxan Məmmədov: Gəlin Berti Foqtsa və komandasına təzyiq göstərməyək

AFFA-nın baş katibi Elxan Məmmədovun azerisport.az saytına müsahibəsi
 
- Əsas yığmamızın İsraillə səfər heç-heçəsindən (1:1) sonra gənclər yığmamızın bu ölkədə darmadağınla üzləşməsi (2:7) nə dərəcədə üzücü oldu?
- Bizim üçün hesab yox, futbolçuların işə yanaşması daha üzücü oldu. Bu, bizi qorxudur. Komandanın məşqçilər korpusu ilə müzakirə aparmışıq. Artıq bu həftə bəzi qərarlar qəbul edəcəyik. İlk növbədə futbolçuları pul cəzası gözləyir.
 
- Bəs məşqçilər korpusu?
- Məşqçilər korpusundan isə bu uğursuzluğa görə hesabat gözləyirik. Oyunu izləyən hər kəs gördü ki, futbolçular öz işlərinə çox məsuliyyətsiz yanaşdılar. Meydanda mübarizə yox idi. Bir daha təkrar edirəm ki, bizi nəticə yox, oyunçuların öz işlərinə bu cür yanaşması qorxudur. Onlar hətta əsas yığmanın baş məşqçisi Berti Foqtsun və onun yetirmələrinin bu oyunu tribunadan izlədiyini də bilirdilər.
 
- Bu cür məsuliyyətsizlik hardandı?
- Ola bilsin ki, onlar AFFA İcraiyyə Komitəsinin Premyer Liqa klublarına yaşı 21-dək olan bir futbolçunu oynatmaq tələbindən sonra arxayınlaşıblar. Əgər doğrudanda onlar öz klublarında istənilən halda meydana çıxacaqlarına əmin olub, öz üzərlərində işləmirlərsə, İK bu məsələyə yenidən baxa bilər. Gənclər başa düşməlidilər ki, bu, onları sakitləşdirmək üçün atılan addım deyil, sadəcə əlavə stimul, bir şansdı, əsas yığmanı gücləndirməyə hesablanan addımdı.
 
- Bəs əsas yığmamızın çıxışı barədə nə deyə bilərsiz?
- Əsas yığmamız İsraildə bizi sevindirdi. Rəqibin statusunu nəzərə alsaq, yığmamız yaxşı nəticəyə nail oldu. Deməli, komandamız üçün təşkil olunan təlim-məşq toplanışları, yoxlama matçları əbəs yerə deyilmiş. Gördüyünüz kimi, bu, fayda verir. Bu tsikldə komandamız yalnız Rusiya və Portuqaliyaya uduzub. Şimali İrlandiya və İsraillə oyunlarda hesabı biz açdıq, qələbə qazanmağa yaxın olduğumuz halda, heç-heçə ilə kifayətləndik. İsraillə son oyunda da biz iki xal itirdiyimizi əminliklə söyləyə bilərik.

- Bu seçmə mərhələ daha çox heç-heçələrlə yadda qaldı. Son iki oyundan hansındasa qələbə görəcəyimizə inanırsız?
- Əgər əvvəllər daha çox uduzurduqsa, indi müsbət nəticələrimizin sayı artıb. Əgər Şimali İrlandiya və Rusiya ilə oyunlardan ən azı 3 xalla ayrıla bilsək, bu, bizim üçün yaxşı nəticə olacaq. Gənclər yığmamızın üzvləri də artıq əsas milliyə ayaq açmağa başlayıblar. İsraillə oyunda da Araz Abdullayevlə Qara Qarayev heç-heçədə müəyyən pay sahibi oldular. Millimiz gənc komandadı, orta yaş həddi 24-dü. Bu, o deməkdi ki, qarşıdakı altı ildə bu komandaya güvənə bilərik. Rüfət Dadaşovun komandaya uyğunlaşması da sevindirməyə bilməz.

- Sizcə, yığmamız Foqtsun rəhbərliyi altında xal yığmaqda davam etsə, AFFA İK onun qalmasını istəyə bilər?
- İndi bu barədə danışmaq çətindi. Son zamanlar biz bu məsələni müzakirə etməmişik. Gəlin Berti Foqtsa və və komandasına təzyiq göstərməyək. Qoy işlərini davam etdirsinlər, sonrasına baxarıq.
 
- Rusiya ilə müqayisədə, Şimali İrlandiya oyunda qələbə qazanmağımız daha real görünür. Yəqin ki, milli də əsas gücünü bu oyuna qoyacaq...
- Şimali İrlandiya ilə oyunda maksimum nəticəyə nail olmaq üçün bizim stadionu tam doldurmağımız lazımdı. Komandamızın yaxşı dəstəyə ehtiyacı var. Son görüşlərdəki nəticələri nəzərə alsaq, tribunaların dolmasını gözləmək olar.
 
- AFFA niyə Şimali İrlandiya və Rusiya ilə oyunlar üçün eyni bilet satışını tətbiq etdi. Axı ola bilər ki, Şimali İrlandiya ilə oyun kimlər üçünsə maraqsızdı...
- Azərbaycan – Rusiya matçını izləmək istəyən digər oyuna getmək istəmirsə, qoy biletini qohumuna, qonşusuna, tanışına versin. Biz istəmirik ki, bəzi azarkeşlər stadiona yalnız Rusiya yığmasını görmək üçün gəlsinlər. Bizim əsas istəyimiz öz komandamızı dəstəkləyəcək azarkeşləri arenaya gətirməkdi.
 
- Bu oyunlara biletlərin qiyməti necə olacaq?
- Hər iki oyun üçün orta qiymət 8 manat olacaq. Bilet satışı sentyabrın 20-dən etibarən başlayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.